Azərbaycanda kriminal avtoritet tutuldu

19:47 | 10.06.2018
Azərbaycanda kriminal avtoritet tutuldu

Azərbaycanda kriminal avtoritet tutuldu

Cəlilabad rayonunda 2 gün əvvəl baş verən silahlı insidentin iştirakçılarından daha bir neçəsi saxlanılıb və onlardan xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.


Qaynarinfo xəbər verir ki, kriminal aləmdə "Şahin” kimi tanınan rayon sakini Şahin Həsənova məxsus yaşayış evindən 2 ədəd tüfəng, 2 ədəd əl qumbarası, binokl, 5 barmaq, 1 ədəd avtomat patronu, axtarışı davam etdirilən Səxavət Həsənova məxsus evdən 2 ədəd əl qumbarası, eyni zamanda Şahin Həsənova məxsus "Audi Q7” markalı avtomobildən 8 ədəd patron olan "Makarov” tipli tapançanın 1 ədəd darağı aşkar edilərək götürülüb.


Hazırda həmin insidentdə digər şəxslərin iştirakının müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Qeyd edək ki, ötən gün isə insidentin digər bir iştirakçısı İlqar Həsənov saxlanılmış və onun üzərində 1 ədəd AKSU markalı avtomat, onun darağı və 8 ədəd patron aşkar edilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb