Azərbaycanda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

17:37 | 22.02.2019
Azərbaycanda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

Azərbaycanda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

Quba rayonunda məktəb binasında yanğın olub.

Anews.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb