Azərbaycanda nə qədər kölə var?

19:56 | 20.07.2018
Azərbaycanda nə qədər kölə var?

Azərbaycanda nə qədər kölə var?

ABŞ-da 400 mindən çox modern kölə var


Dünya miqyasında 400 milyon 300 min müasir kölə var ki, bunların 400 mindən çoxunun ABŞ-da olduğu ehtimal edilir.


Qaynarinfo xəbər verir ki, bu barədə Azad Yürüş Fondunun (Walk Free Foundation) Qlobal Köləlik İndeksi Hesabatında qeyd olunub.


Müasir köləlik - insan qaçaqçılığı, zorla çalışdırma, borc əsarəti, zorla evləndirmə, cinsi istismar, uşaqların satılması və istismarıdır.


Hesabatda inkişafda olan ölkələrlə müqayisədə inkişaf etmiş ölkələrdə müasir köləliyin daha geniş yayıldığı bildirilir. Belə ki, ABŞ-da hər 800 insandan biri müasir kölədir.


Müasir köləliyin dünya ölkələri üzrə reytinqinə nəzər salsaq görərik ki, siyahıda ilk beşlikdə Türkmənistan, Belarusiya, Makedoniya, Yunanıstan və Albaniya gəlir.


Azərbaycan bu siyahıda 17, Ermənistan 13, Türkiyə 6, Rusiya 11, Gürcüstan isə 18-ci sıradadır.


Reytinqlərə görə Azərbaycanda 9,617,000 milyon əhalidən 43 mini müasir kölədir. Bu, hər min nəfərdə 4,5 faiz deməkdir.


Ermənistanda isə bu nisbət 2,917,000 milyonda 16 mindir. Bu isə hər min nəfərdə 5,3 faiz deməkdir.


Çingiz Səfərli
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM