Azərbaycanda nəqliyyat xidmətləri ucuzlaşıb

Cari ilin avqust ayında Azərbaycanda əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma xidmətlərinin qiymətləri 5,1%, yükdaşıma qiymətləri isə 0,2% ucuzlaşıb.
Dövlət Statistka Komitəsindən "Report”a verilən məlumata görə, ay ərzində boru kəməri vasitəsilə neftin nəqli üçün nasos-kompressor stansiyalarında qazın sərfiyyatının aşağı düşməsi nəticəsində neftin nəql olunması qiyməti 0,4%, qazın nəqli və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri 0,1% ucuzlaşıb.
Ümumilikdə, nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,3% ucuzlaşıb. Ay ərzində poçt və kuryer, habelə rabitə xidmətləri qiymətlərində dəyişiklik müşahidə olunmayıb. Həmçinin hava, dəmir yolu və avtomobil nəqliyyatında yükdaşıma qiymətlərində də dəyişiklik müşahidə olunmayıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər