Azərbaycanda ov mövsümü başlayır

14:00 | 25.05.2018
Sabahdan Azərbaycanda 2018-ci il üçün ov mövsümü açıq elan ediləcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək:"Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini tələb etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir . Yerli ovçular yalnız şənbə -bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".

H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:

"Ilk növbədə nəzərə almaq lazımdır ki , xarici ovçular xarici turistlərdir. Qanunvericilik onların ov etməsinə icazə verilir .Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidirlər".

H.Əlizadə deyib ki, x arici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.

Nazirlik rəsmisi əlavə edib ki, xarici ovçular qaban, çöl quşlarına ovuna maraq göstərirlər.

ETSN-nin sektor müdiri Iradə Ibrahimova bildirib ki, ov mövsümünün açıq elan olması istənilən şəxsin ov edə biləcəyi demək deyil.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq.

www.anews.az