Azərbaycanda qaraj partladı: 1 uşaq öldü, 2-si yaralandı

11:52 | 10.12.2018
Azərbaycanda qaraj partladı: 1 uşaq öldü, 2-si yaralandı

Azərbaycanda qaraj partladı: 1 uşaq öldü, 2-si yaralandı

Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib, 2 uşaq yaralanıb, 1 uşaq ölüb. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Partlayış nəticəsində bir ailənin iki üzvü - Əli və Məhəmməd Müseyibovlar, eyni zamanda ailənin yaxın qohum Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar.

Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Mərkəzin mütəxəssisləri tərindən konsilium təşkil edilib. Reanimasion tədbirlər görülüb. Lakin buna baxmayaraq bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamilə yanması diaqnozu qoyulan 2005-ci il təvəllüdlü Əli ölüb. 8 yaşlı Məhəmmədin, 12 yaşlı Sənanın bədəninin 65-70 faizi yanıb. Onlara bədən səthinin termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu qoyulub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM