Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb

22:17 | 25.05.2018
Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb

Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb

2018-ci ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib.

Nazir bildirib ki, ötən il bu göstərici 3,7 faiz olub: "Həmçinin qeyd edim ki, cari ilin irinci rübü ərzində qeyri-neft ixracı 35 faiz artıb. Ötən 15 ilin göstəricilərinə gəlincə, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Burada əsas rolu sahibkarlar, xüsusən qeyri-neft sektorunun təmsilçiləri oynayırlar. Hesabat dövründə sahibkarlıq subyektlərinin sayı 4 dəfə, o cümlədən hüquqi şəxslər iki dəfə, fiziki şəxslər 5 dəfə artıb. Məşğulluq strukturunda özəl sektorun payı 75 faiz təşkil edir".

Ş.Mustafayev qeyd edib ki, dövlət sahibkarlığın inkişafına böyük diqqət göstərir:

"Sahibkarlara güzəştli kreditlər verilir, sahibkarlıq fəaliyyəti üçün zəruri lisenziyaların sayı azaldılır. Sənaye parkları, aqroparklar, biznes-inkubatorlar yaradılır, biznes-forumlar keçirilir, ixrac missiyaları təşkil edilir. İnvestisiyaların və ixracın təşviqi mexanizmi yaradılıb. Ümumilikdə sahibkarlığın stimullaşdırılması üçün vergi və gömrük sistemlərində islahatlar aparılır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb