Azərbaycanda sarı pendir istehsal ediləcək

15:57 | 11.05.2018
Azərbaycanda sarı pendir istehsal ediləcək

Azərbaycanda sarı pendir istehsal ediləcək

Bu gün ABŞ-ın Bakıdakı səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun Günəşli kəndində təmirdən çıxmış süd toplama və emalı müəssisəsinin açılışını ediblər.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək.

Tədbirdə Saatlı rayon icra hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri və  yerli sakinlər iştirak edib.

Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökumətinin birgə maliyyələsi ilə reallaşıb.

Məlumatda bildirilib ki, əvvəllər məntəqə yerli fermerlərin istehsal etdiyi süd həcminin öhdəsindən gələ bilmirdi.

Bu isə südü sata bilmədiklərindən korlanma nəticəsində fermerlərin gəlirlərinə təsir edirdi. Yerli sakinlər həmçinin qərara gəldilər ki, yeni avadanlıq quraraq sarı pendir istehsal etsinlər.

Müəssisənin yeni avadanlığı əvvəlkindən daha tez südü emal edəcək. Süd məhsulları istehsal edəcək, yerli fermerlərdən daha çox süd qəbul edəcək, korlanma nəticəsində itirilən südün həcmini azaldacaq və fermerlərin gəlirlərini artıracaq.

Qeyd olunub ki, indi müəssisə bütün südü istifadə edərək pendir istehsal edə biləcək. Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir.

Müəssisə 12,700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək.

ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata keçirib. Bu layihələrdən 206,000-dən çox insan faydalana bilir. Bu layihələr sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM