Azərbaycanda tanınmış baş redaktor vəfat etdi

10:33 | 08.05.2018
Azərbaycanda tanınmış baş redaktor vəfat etdi

Azərbaycanda tanınmış baş redaktor vəfat etdi

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Modern.az xəbər verir ki. bu barədə "Exo" qəzetinin işçiləri bildiriblər.

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur. O, "Molodej Azerbaydjana (1978-1981), "Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən "Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən isə Rauf Talışinski "Exo” qəzetinin baş redaktoru postunda çalışıb

Allah rəhmət eləsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb