Azərbaycanda ötən il əmtəəlik qaz ehtiyatları 5% artıb

13:00 | 17.02.2018
Azərbaycanda ötən il əmtəəlik qaz ehtiyatları 5% artıb

Azərbaycanda ötən il əmtəəlik qaz ehtiyatları 5% artıb

Qaz itkisinin həcmi 3,5% azalıb.

Ötən il Azərbaycanda 22 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.

"Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində ehtiyatların 82,6%-i hasilatın, 7,8%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 9,6%-i isə idxalın hesabına formalaşıb.

2017-ci ildə Azərbaycanda əmtəəlik qaz ehtiyatının həcmi 2016-cı ildən 4,76% çox olub.

Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 18,172 mlrd. kubmetr, ilin əvvəlinə formalaşmış ehtiyatın həcmi 1,716 mlrd. kubmetr, idxalın həcmi isə 2,112 mlrd. kubmetr təşkil edib.

Ehtiyatların 45,8%-i, yaxud da 10,076 mlrd. kubmetri ölkə daxilində istehlak edilib. Daxili istehlakın həcmi əvvəlki ildən 3,26% az olub.

Ötən il ümumi ehtiyatın 40,3%-i və ya 8,866 mlrd. kubmetri ixraca yönəldilib. 2017-ci ildə ixracın həcmi 2016-cı ildən 9,9% çox olub.

2017-ci ildə 3,5 %, yaxud 770 mln. kubmetr itki olub, 10,4% və ya 2,288 mlrd. kubmetr 2018-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Ötən il qaz itkisinin həcmi 3,5% azalıb. Bu ilin əvvəlinə qalıq ehtiyat ötən ilin əvvəlindəki qalıq ehtiyatdan 33% çox olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM