Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !