Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar – Video

19:48 | 18.11.2018
Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar – Video

Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar – Video

Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan şəhərinin sakinləri noyabrın 18-də yolu bağlayaraq, hakimiyyətdən 4 aydan bəri Azərbaycanda saxlanılan 34 yaşlı Karen Kazaryanın geri qaytarılmasını tələb ediblər.
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılarla Tavuş vilayətinin qubernatoru Vahe Kalumyan danışıqlar aparıb. O, insanları sakitləşdirərək izah etməyə çalışıb ki, hakimiyyət Kazaryanın geri qaytarılması üçün səylərini əsirgəmir.
Karen Kazaryanın anası deyib ki, onların etiraz aksiyası keçirməkdən başqa çarəsi yoxdur. "Mənim günahsız oğlumu Azərbaycanda diversant elan ediblər”, – o bildirib.
Dünən isə Berdavan sakinləri Gürcüstana gedən yolu bir neçə saat bağlı saxlayıblar.
Xatırladaq ki, diversant Karen Kazaryan iyulun 15-də Azərbaycan tərəfinə keçərkən saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb