Azərbaycanı tərk edən məşhurlar – Onların arasında ərə gedən kişi də, kuryer də, qabyuyan da var...

18:45 | 28.01.2019
Azərbaycanı tərk edən məşhurlar – Onların arasında ərə gedən kişi də, kuryer də, qabyuyan da var...

Azərbaycanı tərk edən məşhurlar – Onların arasında ərə gedən kişi də, kuryer də, qabyuyan da var...

Sosial şəbəkələrdə məşhur müğənni Elariz Məmmədoğlunun birdəfəlik ABŞ-a köçdüyünə dair məlumatlar yayılıb. Bundan öncə də Azərbaycanda məşhurluq qazanıb, sonradan xaricə köçən məşhurların sayı az olmayıb.

AZXEBER.COM ölkəmizi tərk edən və hazırda xaricdə yaşayan məşhurlarla bağlı araşdırma aparıb.

Ötən əsrin 90-cı illərində ekstravaqant imici ilə gündəmdə olan və sonradan cinsini dəyişərək qadın olan müğənni Rövşən Hicrəti hazırda Hollandiyada yaşayır. Adını dəyişərək Roşana Lamborgini qoyub. Hazırda ərdə olan müğənni Hollandiyada müğənnilik fəaliyyətini davam etdirməkdədir. Yeri gəlmişkən, Roşananın əri də azərbaycanlıdır. 
 

2000-ci ilin əvvəllərindən böyük səhnəyə qədəm qoyan və qısa müddətə böyük populyarlıq qazanan müğənni İradə İbrahimova hazırda Türkiyədə yaşayır. 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı quran İradənin bu nikahdan iki övladı var. Qardaş ölkədə də müğənnilik edən İradə Türkiyədə Azərbaycandakı qədər populyar deyil.
 

Qalmaqallı açıqlamaları və şəxsi həyatı ilə vaxtaşırı gündəmə gələn müğənni Ayan Babakişiyeva da ölkəmizi tərk edənlər arasındadır. O bununla bağlı açıqlamasında bildirib ki, Azərbaycanda özünü xoşbəxt saymır və qızının da xoşbəxt olacağına inanmır. Məhz elə bu səbəbdən Azərbaycanı tərk edib. Hazırda Türkiyədə yaşayır və orada özəl şirkət işlədir.
 

Bir zamanlar məşhur mahnıları ilə çoxlarının sevimlisinə çevrilən müğənni Ziyafət Yaqubovahazırda İsveçdə yaşayır. İddialara görə, o özündən 20 yaş kiçik oğlanla ailə qurub. Yenicə Avropaya gedəndə gündüzlər gözəllik salonunda kosmetoloq, axşamlar isə barda müğənni kimi fəaliyyət göstərirmiş. Onun özünə şəxsi gözəllik salonu açdığına dair də iddialar dolaşır.
 


Məşhur perep, "Dəyirman” qrupunun üzvü Elmir Məhərrəmov ailəsi ilə birlikdə ABŞ-a köçüb. 2016-cı ildə "Greencard” proqramına müraciət edən reper hazırda Nyu-Yorkda yaşayayır. Uzun müddətdir ABŞ-a köçmək arzusunda olan ifaçı bu arzusunu ötən ilin iyun ayında gerçəkləşdirib. Ölkənin tanınmış reperlərindən olan Elmirin hazırda nə işlə məşğul olduğu bəlli deyil.
 
 

Xalq artisti, tanınmış teatr və kino xadimi Cahangir Novruzov uzun illərdir Türkiyədə yaşayır. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru olan C.Novruzov unudulmaz sənətkar Nəsibə Zeynalovanın oğludur. Onlarla tamaşada yaddaqalan obrazlar yaradan Cahangir Novruzov ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanı tərk edib.
 


Aparıcı Aynur Talıbova hazırda ABŞ-ın Virciniya ştatında yaşayır. Orada müxtəlif işlərlə məşğul olan aparıcının sosial şəbəkələrdə qabyuyan şəkli paylaşılmışdı. Buna cavabında A.Talıbova bunu nəinki təkzib etmiş, hətta fəxr etdiyini vurğulamışdı: "Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir”. Həmçinin dinini dəyişərək, xristianlığı qəbul edən aparıcı orada ərdədir.
 


Aparıcı Elvira İsmayılova da Azərbaycandan köçən məşhurlar arasındadır. Bir müddətdir ABŞ-da yaşayan aparıcı mətbuata müsahibəsi zamanı bildirib ki, ən böyük arzusu Amerikada yaşamaq olub. Elvira ATV kanalında və 106.3 FM-də çalışırdı. Daha sonra isə o, fəaliyyətini 107.7 FM-də davam etdirib.
 

Aparıcı Günel Musəvi uzun müddətdir ABŞ-da yaşayır. Bir neçə ay öncə ABŞ vətəndaşlığı alan aparıcı orada ailə də qurub. Ərinin kimliyini mediadan gizlədən Günel vaxtaşırı olaraq sosial hesablarında Amerikadakı həyatından bəhs edən paylaşımlar edir. Ölkə televiziyalarının fəaliyyətindən narazı olan G.Musəvi bildirir ki, çalışdığı illərdə bütün varlığını öz işinə həsr edib və bunun qarşılığında layiq olduğu qiyməti almayıb.
 
 

"Qaynana”-da Afət rolundan, və "Alma almaya bənzər” filmində müəllimə rolundan yaşxı tanıdığımız aktrisa İnarə Quliyeva uzun illərdir Rusiyada yaşayır. Ölkəni tərk etməsini özünə qarşı ögey münasibətlə əlaqələndirən aktrisa bildirir ki, onu bəzi sənədlərə qol çəkməkdən imtina etdiyi üçün səhnədən uzaqlaşdırıblar və bundan sonra Azərbaycanı tərk edib. Hazırda Moskvada yaşayan aktrisa Rusiyada da anoloji fəaliyyətlə məşğuldur.
 

Aparıcı Səxavət Nur beş ilə yaxındır Vaşinqtonda yaşayır. İxtisasca hüquqşünas olan Səxavət Azərbaycanı tərk edərkən torpaq sahəsini və şəxsi avtomobilini satıb. Hazırda orada ixtisas artırmaqla məşğul olan aparıcı bir neçə il öncə mətbuata açıqlamasında övladları, ailəsi üçün çox darıxdığını söyləmişdi. İndiki halda ailəsinin harada olmasına dair heç bir açıqlama vermir.

"Avroviziya” yarışmasının seçim turlarından yaxşı tanıdığımız müğənni İlhamə QasımovaABŞ-da yaşayır və orada filmlərə çəkilir. ABŞ-da yaşayan azərbaycanlı model Stefano Suarosla (Rəcəb Rəcəbov) tərəf müqabili olaraq çəkildiyi "Qara tale" filmi ölkəmizdə böyük maraqla qarşılanıb. Hazırda qrup şəklində müğənniliklə məşğul olan İlhamə iki ildən artıqdır okeanın o tayında yaşayır.
 
 

2013-cü ildə "Eurovision”-da Azərbaycanı təmsil edən müğənni Fərid Məmmədov bir ildən artıqdır ABŞ-da yaşayır. 2016-cı ildə Nigar adlı xanımla ailə quran Fərid uzaq Amerikada kuryer işləyir. Nyu-Yorkda yaşayan müğənninin bir müddət öncə övladı olub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb