Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.
"Ria Novosti”nin verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib. Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatıdır. Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.
Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !