Azərbaycanlı aktrisa zorlanmasından danışdıFOTO + VİDEO

11:28 | 28.02.2018
Azərbaycanlı aktrisa zorlanmasından danışdı – FOTO + VİDEO

Azərbaycanlı aktrisa zorlanmasından danışdıFOTO + VİDEO

Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva "Rossiya 1” telekanalında illər əvvəl məşhur teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını bildirib.

Anews.az xəbər verir ki, Malaxovun proqramına qonaq olan Fatimə Azərbaycanda doğulub.

Anası skripkaçı, atası isə yazıçıdır. 

O, on beş yaşında "Miss Azerbaijan” layihəsinin qalibi olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Fatimə müğənnilik etməyə başlayıb. Abbasquliyeva daha sonra Moskvanı fəth etmək qərarına gəlib.

Rusiya Teatr Akademiyasına daxil olan Fatimə üçüncü kursda Mark Rozovskidən dərs almağa başlayır.

Aktrisanın dediyinə görə, Mark ona teatrdan kənarda görüşməyi təklif edib. Həmin günü Fatiməyə komplimentlər edən Rozovski onu zorlayıb.

Abbasquliyeva daha sonra rejissorun seks oyuncağına çevrilməmək üçün teatrdan ayrılır. Həm də Markın həyat yoldaşı ilə eyni müəssisədə çalışmaq onun üçün çətin olub.

12 ildən sonra özündə güc tapan Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

Proqramda iştirak edən qonaqlar həmin vaxt rejissorun arvadına xəbər vermədiyinə görə Fatiməni qınayıblar.
 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb