Azərbaycanlı aktyor Hollivuda dəvət olundu

19:19 | 20.07.2018
Azərbaycanlı aktyor Hollivuda dəvət olundu

Azərbaycanlı aktyor Hollivuda dəvət olundu

İyulun 20-də Trend informasiya mərkəzində Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, Beynəlxalq Nomad Stunts "Peşəkar Kaskadyorlar" qrupunun Azərbaycandakı nümayəndəsi, peşəkar idmançı, aktyor Sain Fərhad Fərmanlının rəhbərliyi ilə "Seyns Əkşın Tim” (Sain's Action Team) kaskadyorlardan ibarət komandanın mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, Sain Fərhad Fərmanlı "Seyns Əkşın Tim” barədə məlumat verib.

"Seyns Əkşın Tim”ə bir xanım (Aytac Əliyeva) və beş kişi (aktyor Vüqar Məmmədov, Emin Abışov, Tural Şirməmmədov, Orxan Xəlilli və Sain Fərhad Fərmanlı) daxildir.

Sain Fərhad Fərmanlı bildirib ki, "Seyns Əkşın Tim”in əsas məqsədi film industriyasında "Əkşın" janrının inkişafı, döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanması, döyüş səhnələrinin xoreoqrafiyası, kaskadyorluq, fitness və idmanın təbliğidir.

"Bir Hollivud filminə, iki Bollivud filminə dəvət almışıq. Gələn böyük layihə realıaşdırmağı planlaşdırırıq. Bu layihə çərçivəsində Hollivud ulduzları dəvət olunacaq. 7 il fəaliyyətimiz ərzində təkcə Azərbaycanda deyil, həmçinin xaricdə filmlərə çəkilmişik. Bu yaxınlarda Qazaxıstanda "Tomris” filminin çəkilişlərində iştirak etdik. Bu filmin döyüş səhnələri vasitəsi ilə 2020-ci ildə "Taurus Avards” almağa hədəfləmişik. 2020-ci ildə Zaur Təhirsoyun rejissorluq etdiyi "Babək” filmi çəkiləcək. Tryuklarımız atlarla bağlı olduğu üçün bu tryukları yerinə yetirmək çox çətindir. Hazırda Qazaxıstanla mövcud mədəni əlaqələrimiz ölkə siyasətinə dəstəkdir. Bu əlaqələri güclənməsinə və genişlənməsinə töhfə vermək əsas məqsədlərimizdəndir. Bizim əsas məqsədimiz Azərbaycanda kaskadyorluq sahəsini inkişaf etditmək, gələcəkdə bu sahədə savadlı və təcrübəli kaskadyorlar yetişdirməkdir. Hazırda Qazaxıstan istehsalı olan növbəti filmdə döyüş səhnələrində iştirak üçün dəvət almışıq”,- deyə Sain Fərhad Fərmanlı deyib.

Qazaxıstanın Azərbaycandakı səfirinin birinci katibi Nurbek Aımaşov çıxışında "Tomris” filminin çox böyük uğur qazancağına əminlik ifadə edib. Sain Fərhad Fərmanlıya və komandasına təşəkkür edib. Azərbaycanlı aktyor-kaskadyorların belə böyük layihədə iştirakını yüksək qiymətləndirib.

Diplomat bildirib ki, belə layihələr iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək.

Qeyd olunub ki, peşəkar "Seyns Əkşın Tim” komandası ilə Qazaxıstanda yeni tarixi film üzərində (döyüş səhnələri üzrə) hazırlıq işləri ilə məşğul olan Sain Fərhad Fərmanlı Azərbaycanda da çəkilən bir çox məşhur filmlərdə də döyüş səhnələrinin xoreoqrafi və aktyor kimi müxtəlif obrazlar yaradıb. Həmin filmlərdən "Əli və Nino", "Qorxma mən səninləyəm 1919", "Don Marleoni" və sair göstərmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb