Sankt-Peterburqun mərkəzində fəaliyyət göstərən "Pyatoroçka" şəbəkəsinə aid mağaza yeniyetmələr tərəfindən qarət olunub.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 25-də axşam saatlarında baş verib.
Polis əməkdaşları hadisə ilə bağlı yaşları 14-18 arasında olan 10 nəfəri saxlayıb.
Saxlanılanlar arasında 16 və 18 yaşlarında olanların heç yerdə oxuyub, işləmədiyi bəlli olub.
Bundan başqa onlardan ən böyüyünün Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !