Azərbaycanlı iş adamları Türkiyədə qəzaya düşdülər

12:05 | 18.11.2017
Azərbaycanlı iş adamları Türkiyədə qəzaya düşdülər

Azərbaycanlı iş adamları Türkiyədə qəzaya düşdülər

Onların maşını motosikletlə toqquşub

İş üçün Türkiyəyə gedən azərbaycanlı biznesmenlər qəzaya düşdü. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə İzmirdə baş verib.

İş adamları Elşən Yusifov və Rain Əliyevlərin olduğu maşın motosikletlə toqquşub.

Torbalı Dövlət xəstəxanasına aparılan iş adamlarının vəziyyəti qənaətbəxşdir. Motosiklet sürücüsünün isə həyati təhlükəsi davam edir. 

İş adamlarının sözlərinə görə, yolda hərəkət edərkən motosiklet qəfildən önlərinə çıxıb. Nəticədə onlar maşının idarəetməsini itirib və yoldan çıxıblar.

Azərbaycanlı biznesmenlərin adıçəkilən bölgəyə sərmayə qoymaq məqsədilə səfər etdikləri bəlli olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM