Azərbaycanlı jurnalist yenidən Moldovaya getdi

15:15 | 18.01.2018
Azərbaycanlı jurnalist yenidən Moldovaya getdi

Azərbaycanlı jurnalist yenidən Moldovaya getdi

Əslən azərbaycanlı olan rusiyalı jurnalist İradə Zeynalova yenidən Kişinyova gəlib.

Axar.az xəbər verir ki, Zeynalovanın Moldovaya ölkə prezidenti İqor Dodonun dəvətiylə gəldiyi deyilib. Hava limanında jurnalistlərə açıqlama verən Zeynalova Kişinyova Dodondan müsahibə almaq və Moldova haqqında reportaj hazırlamaq üçün gəldiyini bildirib:

"Məni ölkəyə buraxmadıqları üçün heç kimdən incikliyim yoxdur. Hansısa anlaşılmazlıq olub. Biz Türkiyədə olan intervü üçün icazə almışdıq. Kişinyova sənədləri razılaşdırmadan uçduq. Moldova gömrükçüləri isə öz vəzifələrini icra etdilər”.

Qeyd edək ki, dünən İradə Zeynalova Moldova ərazisinə buraxılmamışdı və Moskvaya geri göndərilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb