Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın - VİDEO

23:16 | 16.11.2018
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın - VİDEO

Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın - VİDEO

2013-cü ildə Kaluqa şəhər məhkəməsinin qərarı ilə 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilən, kriminal aləmdə "Bərdəli Ruslan” kimi tanınan Ruslan Nəzərli üçün noyabrın 15-də Kaluqa şəhərində yerləşən dəbdəbəli restoranların birində təşkil edilən məclisə xüsusi təyinatlılar basqın edib.


Yenicag.az xəbər verir ki, məclisdə iştirak etmək üçün Azərbaycandan, İrandan, Türkiyədən və bir sıra ölkələrdən qonaqlar gəlib.

Bundan başqa məclisə Azərbaycandan olan bir neçə şou-biznes nümayəndəsi də dəvət olunub.

Xüsusi təyinatlılar restoranda yoxlama apararkən Çeçenistandan gələn qonaqların üzərindən qanunsuz silah aşkar edilərək götürülüb. Bu səbəbdən bir neçə şəxs saxlanılıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb