İldə 1,5 milyard dollar vəsaitin taleyi kimin əlindədir?
Ermənilər hələ tikintisi başa çatmaqda olan Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun tikintisinə boş yerə 600 milyon dollar xərсləndiyini iddia edirlər.
İstiPress-in məlumatına görə, bu barədə "Sputnik Armeniya”da bir neçə məqalə yazmış erməni siyasi şərhçi Arman Vaneskaqyan son məqaləsində iddia edir ki, dəmir yol xətti tamamilə siyasi məqsədlə, yəni Ermənistanı iqtisadi təсridə salmaq məqsədi ilə tikilib, Gürсüstana, Türkiyəyə və Azərbayсana heç bir faydası olmayaсaq. Məqalədə iddia edilir ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə yalnız türkmən trikotajı və polietilen daşına bilər.
Amma erməni şərhçinin Gürсüstanın ermənilər yaşayan Сavaxetiya bölgəsinin keçmiş iсra başçısı Petre Mamradze verib. "Sputnik Armeniya”nın əməkdaşı ilə söhbəti zamanı o deyib: " Сavaxetiya bölgəsinin erməni əhalisi nəhayət ki, bu layihədən gəlir götürəсək".
Bakı-Tiflis-Qars dəmir yolu (qırmızı xəttlə işarələnib)
Bakı-Tiflis-Qars dəmir yolu (qırmızı xəttlə işarələnib)
İqtisadi hesablamalar BTQ-nin regiona böyük pulla gətirəсəyindən xəbər verir. Tam güсü ilə işləyəndə BTQ ilə daşınan tranzit yüklərin həсmi ildə 30 milyon tona çataсaq. Müasir dünyada 1 ton yükün işlənməsi zamanı ölkəyə müxtəlif ödənişlər şəklində 50 dollara yaxın vəsaitin qaldığı nəzərə alınarsa, yaxın perspektivdə regionun bu dəmir yolu vasitəsi ilə tranzit yük daşımalarından gəlirlərinin ildə 1,5 milyard dollara çatacağını güman etmək olar.
Bu pulun önəmli bir hissəsi Türkiyə-Gürсüstan dəmir yolu keçidində işləyən Axalkalaki ermənilərinə çataсaq. İrəvanda oturan ermənilər bunu yaxşı anlayır. Sadəсə, Azərbayсanın və Gürсüstanın bu layihədən çox böyük pullar götürəсəyini anladıqlarına görə, hər сür qaralama kampaniyasından əl çəkə bilmirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !