Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

13:14 | 22.10.2018
Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, onun keyfiyyətini artırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən, iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telekom oktyabrın 19-dan etibarən iPhone Xs və iPhone Xs Max smartfonları ilə bağlı sərfəli kampaniya ilə abunəçilərini sevindirir. Yeni  kampaniyaya əsasən Azercell Eksklüziv mağazalarına və Fəvvarələr Meydanındakı Azercell Müştəri Xidmətləri Mərkəzinə müraciət edərək iPhone Xs və iPhone Xs Max smartfonlarını alan abunəçilər 6 aylıq pulsuz limitsiz internet qazanacaqlar. Kampaniya şərtləri haqqında daha ətraflı məlumatla www.azercell.com saytı vasitəsilə tanış olmaq olar.   

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev pr., 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68) abunəçilərin ixtiyarına verilib.

Məlumat üçün qeyd edək ki, iPhone Xs və iPhone Xs Max iPhone-un ən yeni nəsil modelləridir. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni iPhone modellərinin ekranları 120 GHz tezlikdə çalışır və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyir.
Ən yeni iPhone modellərinin təqdimatı ilə bir arada sərfəli kampaniya ilə çıxış edən Azercell öz abunəçilərinə qabaqcıl telekommunikasiya məhsulları və multi-funksional smartfonları daha yaxın etmək niyyətini davam etdirir.   

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 
 



 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb