• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Azəriqaz”dan qış rejimi ilə bağlı – AÇIQLAMA

“Azəriqaz”dan qış rejimi ilə bağlı – AÇIQLAMA
04.10.2017 23:25
"Azəriqaz” İstehsalat Birliyinin qış rejiminə keçidi şərtidir. Yəni bu gün istehlakçıların təbii qaza olan tələbatı artarsa, təbii ki, verilən qazın həcmi də artırılır.
 
Birlikdə istər payız-qış mövsümündə, istərsə də digər aylarda abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır".

anews.az xəbər verir ki, bu barədə "Azəriqaz” İB-dən Report-un Birliyin qış rejiminə keçidi ilə bağlı sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədi ilə Birlik tərəfindən Tədbirlər Proqramı işlənib-hazırlanıb. "Tədbirlər Proqramına uyğun olaraq, bu il ərzində 25 939,3 poqon metr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilib, eləcə də, yeni qaz xətləri çəkilib, 70 ədəd siyirtmə yenisi ilə əvəz edilib, 274 ədəd qaz tənzimləyici quraşdırılıb və bu istiqamətdə işlərin icrası davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Qaz təsərrüfatının inkişafı üçün bu ilin ötən müddətində görülən işlərə gəlincə, Birlikdən qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib: 

"Belə ki, ölkə ərazisində yanvar-sentyabr ayları ərzində 958,3 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 171 km qaz kəmərləri əsaslı təmir edilib, regionlar üzrə 44 qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin edilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol