"Azərkosmos” ASC Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində tədbirin təşkili xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu keçirir və xidmət göstərən şirkətləri qeyd olunan sorğuda iştiraka dəvət edir.
"Report” rəsmi qəzetə istinadən xəbər verir ki, kotirovka təklifləri Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,72, M5 nömrəli ünvanda yerləşən "Azərkosmos” ASC-yə noyabrın 21-i saat 18:00-a qədər təqdim olunmalıdır.
Təkliflər paketi noyabrın 22-də saat 12:00-da qeyd olunan ünvanda açılacaq. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər (əlaqə nömrəsi - (+994 12) 565 00 55).
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !