Babək prospektində təmir işləri nə vaxt yekunlaşacaq ?

23:00 | 16.11.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.

Anews.az "Report”a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

"Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”, - deyə o əlavə edib. 

www.anews.az