• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021061
  • ₺ 0.0414
  • £ 2.2874

Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib

Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib
01.06.2018 18:13
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünün uzun müddətli partnyoru UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının himayəsində olan uşaqlarla birgə keçirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün Bakcell şirkətinin nümayəndələri UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyiblər. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdirib. Uşaqları bayram münasibətilə təbrik edən Bakcell əməkdaşları onlara rəsm ləvazımatları, kitablar və digər hədiyyələr təqdim ediblər.

***

Bakcell 2010-cu ildən etibarən UAFA təşkilatının reabilitasiya mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əl işi, kompüter biliyi, idman, tamaşa, rəqs və rəsm dərnəklərinin təşkilinə öz dəstəyini göstərir. Bu dəstək sayəsində Gəncə, Yasamal və Xaçmaz reabilitasiya mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar yeni bacarıqlar əldə edib öz istedadlarını müxtəlif yerli və beynəlxalq yaradıcılıq, incəsənət və idman yarışlarında nümayiş etdirməklə müxtəlif layihələrin qalibi olublar.

UAFA-nın Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqların rəsmləri "Əgər sehrli çubuğum olsaydı...” adlı kitabda yer alıb. UAFA təşkilatının Milli İncəsənət Muzeyi ilə birgə "3 Alma” TEAS Nəşriyyat Evinin dəstəyilə hazırlanmış bu kitabın təqdimatı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib.

***

2010-cu ildən etibarən davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə Bakcell şirkəti bu uşaqların bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlar ilə ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biznesinizi idarə etməyin mobil yolu
İqtisadiyyat 15:48
Biznesinizi idarə etməyin mobil yolu
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
İqtisadiyyat 14:43
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
İqtisadiyyat 12:50
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
İqtisadiyyat 17:21
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol