Bakı-Qazax yolunda dəhşətli qəza

10:40 | 18.08.2018
Bakı-Qazax yolunda dəhşətli qəza

Bakı-Qazax yolunda dəhşətli qəza

Hacıqabul rayonunda yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı "KamAz" markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə "Shagman"ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM