"Report" xəbər verir ki, "11-BC-441" dõvlət qeydiyyat nişanlı "VAZ-2105" markalı minik avtomobili rayonun Qarabucaq qəsəbəsində "Mercedes Sprinter"lə toqquşub.
Nəticədə "VAZ-2105" avtomobilinin Qarabucaq qəsəbəsindən olan 1963-cü il təvəllüdlü sürücüsü Kərimov Ətraf Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !