Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

10:23 | 29.01.2018
Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib. Lent.az xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Reklam və İnformasiya İdarəsi isə qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb