Bakida ABŞ səfirliyi qarşısında dindarlar aksiya keçirdi

22:02 | 11.12.2017
Bakida ABŞ səfirliyi qarşısında dindarlar aksiya keçirdi

Bakida ABŞ səfirliyi qarşısında dindarlar aksiya keçirdi

Dekabrın 11-də bir qrup dindar qadın Amerikanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirərək, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edib.

Aksiya Azərbaycan İslam Partiyasının Qadınlar Şurası və Əsgər Anaları İctimai Birliyi tərəfindən təşkil edilib.

Aksiyanın şahidi Arzu Abdullanın Turan-a verdiyi məlumata görə, 20 dəqiqəyə yaxın davam edən aksiyada 20 qadın iştirak edib.

İştirakçılar "Terrorizmə son!", "Qarabağ və Qüds müsəlman torpaqlarıdır" şüarları yazılan plakatlar qaldırıblar.

Onlar Trampın addımlarını pisləyərək, Fələstin xalqı ilə həmrəyliklərini bildiriblər.

Polis aksiyanın gedişatına müdaxilə etməyib. Səfirlik əməkdaşlarından heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM