Bakida avtomobil yolunun çökmə səbəbləri

10:34 | 15.07.2018
Bakida avtomobil yolunun çökmə səbəbləri

Bakida avtomobil yolunun çökmə səbəbləri

"Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir".


Qaynarinfo xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflisosial şəbəkə hesabında yazıb. O, hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində addımlar atıldığını qeyd edib.


 
"Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM