Bakıda bağçada uşağı döydülər: Pula görə... - VİDEO

15:03 | 17.05.2018
Bakıda bağçada uşağı döydülər: Pula görə... - VİDEO

Bakıda bağçada uşağı döydülər: Pula görə... - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçi kiçik qız uşağını döyüb.

Anews.az Open.az-a istinadən xəbər verir ki, bu barədə uşağın valideyni Leyla Əlizadə məlumat verib. Valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

"Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik. Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə də tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb