Bakıda bayram tədbirlərinin ünvanları

19:49 | 19.03.2019
Bakıda bayram tədbirlərinin ünvanları

Bakıda bayram tədbirlərinin ünvanları

Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək əsas tədbirlərin ünvanları açıqlanıb.


Bakı Şəhər İcra Hakimiyyətindən Qaynarinfo-ya verilən məlumata görə, tədbirlər 11 ünvanda keçiriləcək.


Yasamal rayonu:
- Yasamal parkı, A.Abbasov küçəsi;


Səbail rayonu:
- Badamdar qəsəbəsi, Heydər Əliyev parkı;


Nərimanov rayonu:
- "Gənclik” m/s-nın çıxışı, F.Xoyski prospekti, 79, "Qələbə” meydanı;


Sabunçu rayonu:
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, Bakı Gənclər Mərkəzinin qarşısı, Heydər Əliyev adına park;


Pirallahı rayonu:
- Pirallahı qəsəbəsi, Gənclər Parkı;


Xətai rayonu:
- Ukrayna dairəsinin yanında yerləşən Heydər Əliyev parkı;


Nəsimi rayonu:
- Zorge bağı, Vaqif prospekti ilə S.Vurğun küçəsinin kəsişməsi;


Xəzər rayonu:
- Mərdəkan qəsəbəsi, Heydər parkı;


Binəqədi rayonu:
- Heydər Əliyev adına istirahət parkı;


Suraxanı rayonu:
- "Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisi;


Nizami rayonu:
- Heydər bağı, Park Bulvar (B.Nuriyev küçəsi);


Qaradağ rayonu:
- Lökbatan qəsəbəsi, Heydər Əliyev parkı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM