Bakıda bu tələbələr üçün nəqliyyat pulsuz olacaq

10:03 | 19.09.2018
Bakıda bu tələbələr üçün nəqliyyat pulsuz olacaq

Bakıda bu tələbələr üçün nəqliyyat pulsuz olacaq

Bakıda universitetə yeni qəbul olan tələbələr üçün mükəmməl layihə hazırlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert İlham Şaban məlumat verib. Onun sözlərinə görə, dövlət imtahanından yüksək nəticə göstərən tələbələr üçün xüsusi güzəşt tətbiq edilib.

Güzəşt Azərbaycan Universitet rəhbərliyi tərəfindən hazırlanıb.

"Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva "Aprel şəhidi Fəxrəddin Qurbanlı” təqaüdü təsis edib. Universitetə yüksək balla qəbul olan 12 tələbənin ictimai nəqliyyatda bir illik gediş haqqı ilə təmin edilməsi haqda qərar verib”, - deyə İlham Şaban bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb