Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama

17:20 | 20.02.2019
Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama

Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama

Sosial şəbəkələrdə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Zirə qəsəbəsinə kimi fəaliyyət göstərən 187 nömrəli avtobusda gedişhaqqının 80 qəpik olması barədə xəbər vətəndaşlar tərəfindən təəccüblə qarşılanıb.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sözügedən avtobusda gedişhaqqı Tarif Şurasının qərarına əsasən tənzimlənib:

"Kimsə hansısa xətdən birinci dəfə istifadə edir, qiyməti yüksək görür və bundan təəccüblənib, şou yaradır. Sonradan da onun yazdığı əsasında doğru olmayan yöndə ictimai rəy formalaşır. 187 nömrəli avtobus xəttində qiymət 80 qəpikdir. Bu, Tarif Şurasının qərarı ilə tənzimlənib. Ara dayanacaqlarda isə qiymət fərqlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb