Bakıda "DTX-nın idarə rəisi" saxlanıldı - FOTO

10:12 | 18.02.2018
Bakıda

Bakıda "DTX-nın idarə rəisi" saxlanıldı - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.

Virtualaz.org məlumat verir ki, Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Əliyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Əliyevin qeyri-qanuni fəaliyyətinin araşdırılması davam edir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb