Bakıda faciə: 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

09:11 | 15.03.2019
Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

Anews.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

www.anews.az
loading...