Bakıda məktəbdə kütləvi zəhərlənmə

12:40 | 10.10.2018
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a məlumat verilib. 

Bildirilib ki, hadisə ilə əlaqədar ora Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib.

Zəhərlənən şagirdlər 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri stabildir.

www.anews.az