Bakıda restoranda BİABIRÇILIQ: Administrator xadiməni zorladı

15:13 | 19.09.2018
Bakıda restoranda BİABIRÇILIQ: Administrator xadiməni zorladı

Bakıda restoranda BİABIRÇILIQ: Administrator xadiməni zorladı

Bakının Binəqədi rayonunda zorlanma hadisəsi baş verib.

Anews.az "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə şadlıq evlərinin birində qeydə alınıb.

Şadlıq evində çalışan xadimə Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə şikayət edib. Kimliyi açıqlanmayan 40 yaşlı qadın şikayətində bildirib ki, şadlıq evinin administratoru onu zorlayıb.

Qadın bildirib ki, 2 uşağını dolandırmaq üçün işləməyə məcburdur. O, sentyabrın 17-də işə gec gəlib. Buna görə administratorla onun arasında narazılıq yaranıb.

Həmin gün, yəni sentyabrın 17-dən 18-nə keçən gecə toydan sonra administrator xadiməni təmizlik işləri görərkən zorlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM