Bakıda şəhid lövhəsi təhqir olunub

16:39 | 18.03.2018
Bakıda şəhid lövhəsi təhqir olunub

Bakıda şəhid lövhəsi təhqir olunub

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.


Qaynarinfo xəbər verir ki, bu haqda şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.


Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.


"Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib”, - deyə Xəqani Aslanovun oğlu bildirib.


Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb