Bakıda sərnişin avtobusu dərəyə aşdı

21:50 | 10.08.2018
Bakıda sərnişin avtobusu dərəyə aşdı

Bakıda sərnişin avtobusu dərəyə aşdı

Günəşlidə avtobus dərəyə aşıb.


Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, axşam saatlarında 64 nömrəli marşurut avtobusu təzə benzindoldurma məntəqəsi adlanan ərazidə dərəyə aşıb.


Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sisteminin işləməməsi olub.


Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.


Mais Ağayevin sözlərinə görə, avtobusda sərnişin olmayıb:


"Avtobusda sərnişin olmayıb. Hadisə zamanı ölən və yaralanan yoxdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb