Bakıda təcridxanada saxlanılan türkiyəli öldü

12:12 | 19.02.2018
Bakıda təcridxanada saxlanılan türkiyəli öldü

Bakıda təcridxanada saxlanılan türkiyəli öldü

Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb.

Report-un məlumatına görə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ərtəkin İsmayıl Sönməz ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışa verilib. O, 10 gün əvvəl Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM