Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? - VİDEO

11:33 | 16.07.2018
Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? - VİDEO

Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? - VİDEO

Bakıda tunellərin birinin altında gözlənilməz hadisə baş verib. 

"Qafqazinfo” xəbər verir ki, toya getməyə hazırlaşan bir qrup gənc maşınları ilə tuneli bağlayıb. Bundan sonra isə rəqs etməyə başlayıblar. 

Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Digər sürücülər hadisəyə etiraz olaraq dayanmadan siqnal verməyə başlayıblar. 

Qeyd edək ki, videonu paylaşanlar tuneli bağlayanların məmur övladları olduğunu iddia ediblər. 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlasaq da, onunla danışmaq mümkün olmayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM