Bakıda türk deputatın infarkt keçirdiyi an - VİDEO

00:51 | 17.03.2018
Bakıda türk deputatın infarkt keçirdiyi an - VİDEO

Bakıda türk deputatın infarkt keçirdiyi an - VİDEO

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputat Ekmeleddin İhsanoğlu infarkt keçirib. 

MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi paneldə çıxışı zamanıözünü pis hiss etdiyini deyərək çıxışını dayandırmalı olub.

O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib:

"İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə  etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir. Ən az 36 saat reanimasiyada qalacaq”.

Qeyd edək ki, "Anadolu” agentliyi deputatın forumda infarkt keçirdiyi anın görüntülərini yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb