Bakıda yeni açılan mağazada izdiham oldu

18:44 | 18.08.2017
Bakıda yeni açılan mağazada izdiham oldu

Bakıda yeni açılan mağazada izdiham oldu

Bu gün  Azərbaycanın retail bazarında ən böyük şirkətlərdən biri olan "Retail Group Azerbaijan” yeni mağazasını istifadəyə verib. Şirkət öncədən qeyd etmişdi ki, 2012-ci ildən 33 dükandan qalan stok geyimlər maya qiymətindən ucuz - "şok qiymətlərə” satacaqdır. İstiPress "Marja”ya istinadən xəbər verir ki, bu gün "Nargiz Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində "2GO Fashion Outlet" adlı yeni mağazanın açılışında izdiham yaşanıb. Bir neçə saat ərzində geyimlərin əksəriyyəti satılıb.

Mağazanın kasası insan axını qarşısında iflic olub və şirkət kassaları bağlamaq məcburiyyətində qalıb.

"Hörmətli müştərilər. Biz müvəqqəti olaraq kassaları bağlamışıq, vaxtınızı itirərək gəlməyin” – şirkət müraciətində yazıb.

İçəridə müştəri çoxluğundan havasızlıq yarandığı, bir neçə nəfərin özündən getdiyi bildirilir.

İnsanlar 3-25 manata satılan sezonu keçmiş yeni malları almaq üçün mağazaya axışır. Yeni gələn müştərilərin mağazaya burxılmadığı bildirilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb