Bakıda yol kənarında gözəlçələrin "axşam bazarı" - VİDEO

11:23 | 16.08.2018
Bakıda yol kənarında gözəlçələrin

Bakıda yol kənarında gözəlçələrin "axşam bazarı" - VİDEO

Bakının Sabunçu rayonu ərazisində fahişəliklə məşğul olan qadın kameraya tuş gəlib. 

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Bildirilir ki, üzü Zabrat istiqamətində yol kənarında dayanan qadınlar müştəri "ovuna" çıxır.

Yoldan keçən maşınlarla qiymət danışan qadınlar yüngül həyat tərzi ilə pul qazanır. 
 
Qeyd edək ki, polis bu cür halların qarşısını almaq üçün mütəmadi olaraq reydlər keçirir. Sonuncu dəfə Sumqayıt şəhərində əxlaqsızlıq yuvasına çevrilən restoranlara qarşı reyd keçirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisindəki "Metallurq", "Qızlar bulağı", "Göyçə" restoranlarında əxlaqsızlıqla məşğul olan 24 kişi və 30 qadın saxlanılıb.

Saxlanılanlar barəsində inzibati protokol tərtib olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM