Bakıda yolun ortasına ağac aşdı

15:43 | 24.05.2018
Bakıda yolun ortasına ağac aşdı

Bakıda yolun ortasına ağac aşdı

Dünən gecə saatlarında Bakının Bakıxanov qəsəbəsində yol kənarındakı ağaclardan biri aşıb.

Axar.az xəbər verir ki, ağac sözügedən qəsəbədə yerləşən ASAN xidmət mərkəzinin arxasındakı yola aşdığı üçün sakinlər və avtomobillərin hərəkətinə problemlər yaradıb.

Həmin ərazidə yaşayış evləri, mağaza və dükanlar çoxdur. Xoşbəxtlikdən ağac aşan zaman xəsarət alan olmayıb. Havaların xoş olduğu vaxtda belə sağlam və o qədər də yaşlı olmayan ağacın aşması təəccüb doğurub.

Sakinlərin iddiasına görə həmin yerdə olan ağacların ətrafında tikililər var. Səkidə olan ağacın kök hissəsi və ətrafı örtük daşları ilə örtülüb. Bu da ağacın kökünün inkişafını ləngidib və aşmasına səbəb olub.

Dünən gecədən aşan ağac bu gün də aşdığı yerdə qalmışdı. Vətəndaşlar avtomobil sıxlığı yaranmasın deyə ağacı bir qədər kənara çəkiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb