Bakıda zəncirvari qəza - FOTO/VİDEO

10:56 | 17.11.2018
Bakıda zəncirvari qəza - FOTO/VİDEO

Bakıda zəncirvari qəza - FOTO/VİDEO

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az-ın Baku TV-yə istinadən xəbərinə görə, "Mitsubishi” markalı avtomobil öncə "Mersedes”ə, daha sonra "Niva”ya çırpılıb. 

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı "Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb