"Xəmsə, Oskar, Oazis, Millenium, Sonalar Sonası, Xan qızı, Dan ulduzu və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq".
"Qafqazinfo"xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görülmüş işlər və Xəzərin ekoloji problemlərinin aradan qaldırılması ilə bağlı keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-nin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoranlarla bağlı sərt tədbirlər gorüləcək:
Yaşıllıqların qorunmasına yönələn tədbirlər daim diqqətimizdədir və gündəmdədir. Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !