Bakının ən prestijli zonasında sürüşmə - FOTO

22:03 | 27.12.2017
Bakının ən prestijli zonasında sürüşmə - FOTO

Bakının ən prestijli zonasında sürüşmə - FOTO

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb.

İstiPress-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub: "Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.

Dəstə rəisin sözlərinə görə, sürüşmə ərazisi Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə yerləşir.

R.Həsənov qeyd edib ki, sürüşmə Bakı Televiziya Qülləsinə hər hansı təhlükəli vəziyyət yarada bilməz: "Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM